Kamran Əsədov ittihamlardan sonra ilk dəfə DANIŞDI

21:42 19.12.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

"Qeyd edilən cinayət işi üzrə özümü təqsirli bilmirəm".

Hafta.az xəbər verir ki, bu fikirləri təhsil eksperti Kamran Əsədov Gəncə Şəhər Məhkəməsində keçirilən məhkəmədən sonra deyib.

"Birmənalı şəkildə bu gün keçirilən məhkəmədə hakimin verdiyi suallara cavabımda dedim ki, mən özümü adıçəkilən ittihamlar üzrə təqsirli bilmirəm. İnanıram ki, ədalətli məhkəmə olacaq. Azərbaycanda ədalətli məhkəmə var, ədalət ortaya çıxacaq. Qeyd edilən məsələlər üzrə özümü birmənalı şəkildə təqsirli bilmirəm", - deyə Əsədov bildirib.